AZ

Azərbaycanda “American Express” ödəniş kartları ilə əməliyyatların həcmi bir ayda 22%-dən çox artıb

Bakı. Trend:

Bu ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyəinstitutlarının (həmçinin, statistik vahidin ödəniş kartları)emissiya etdiyi “American Express” kartları vasitəsiləəməliyyatların sayı 7,3 min ədəd, əməliyyatların həcmi isə 1,1milyon manat olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bir ay əvvəlki göstərici ilə müqayisədə “AmericanExpress” kartları ilə əməliyyatların sayı 0,3 min ədəd ədəd və ya3,9% azalıb, əməliyyatların həcmi isə 0,2 milyon manat, yaxud da22,2% artıb.

Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyəinstitutlarının emissiya etdiyi “American Express” kartlarıvasitəsilə əməliyyatların sayı 1,7 min ədəd, əməliyyatların həcmiisə 1,4 milyon manat olub.

Bir ay əvvəlki göstərici ilə müqayisədə qeyri-rezident maliyyəinstitutlarının emissiya etdiyi “American Express” kartlarıvasitəsilə əməliyyatların sayı dəyişməz qalıb, əməliyyatların həcmiisə 0,5 milyon manat, yaxud da 55,5% artıb.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.

Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödənişkartları vasitəsilə əməliyyatların həcmi və say isə xariciölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutlarıtərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları iləAzərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumiməbləğini (həcmini) göstərir.

Seçilən
21
9
az.trend.az

10Mənbələr