AZ

"Sumqayıt"ın baş məşqçisi: Adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq

BAKI, 27 iyul. TELEQRAF

"Sumqayıt" klubu yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, "kimyaçılar" Qəbələdə eyniadlı komanda ilə qarşılaşıb.

Görüş "Qəbələ"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçda uğurlu və uğursuz elementlərin olduğunu söyləyib: "Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".

Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu iyulun 31-də "Kəpəz"ə qarşı keçirəcək.

Seçilən
32
9
teleqraf.com

10Mənbələr