Çin prezidenti Si Cinpin Çində Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirmək niyyətindədir.
Bu barədə The Times qəzeti məlumat yayıb .
“Vaşinqton və Çin arasında bir sıra ticarət sövdələşmələri prezident Trampın Pekinə qarşı düşmənçiliyini dəyişib və onun sentyabrda keçiriləcək sammitdə prezident Si və prezident Putinlə görüşə dəvət ediləcəyi ilə bağlı fərziyyələri artırıb”, - nəşr yazır.
Qəzetin yazdığına görə, üç lider arasında görüş ehtimalı var, lakin Trampın bunu ABŞ ərazisində təşkil etməyə üstünlük verəcəyi qeyd edilir.