AZ

Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...


Ukrayna Prezidenti Volodimir Zelenski Yuliya Sviridenkonu Ukrayna hökumətinə rəhbərlik etməyə və onun fəaliyyətini əhəmiyyətli dərəcədə yeniləməyə dəvət edib. Zelenski “Telegram” kanalında yazıb ki, Sviridenko bu yaxınlarda Ukraynanın bərpası üzrə konfrans çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi barədə məlumat verib.

Zelenski vurğulayıb ki, dövlətin və cəmiyyətin dayanıqlığının gücləndirilməsinə töhfə verən bütün təşəbbüslər ən qısa zamanda həyata keçirilməlidir.

“Biz Ukraynanın iqtisadi potensialını gücləndirə, vətəndaşlara dəstək proqramlarını genişləndirə və silah istehsalını artıra biləcək konkret tədbirləri müzakirə etdik” - deyə prezident bildirib.

Zelenski, həmçinin icra hakimiyyətinin transformasiyasına başlandığını bəyan edib. O, bu kontekstdə Yuliya Sviridenkonu Ukrayna hökumətinə rəhbərlik etməyə və onun fəaliyyətini əhəmiyyətli dərəcədə yeniləməyə dəvət edib.

Zelenski bildirib ki, o, yeni Nazirlər Kabinetinin yaxın vaxtlarda fəaliyyət proqramı təqdim edəcəyini gözləyir.

Xatırladaq ki, bundan əvvəl internetdə Baş nazir Denis Şmıqalın istefa verəcəyi və artıq onu əvəz edəcək şəxsin axtarılması barədə məlumat yayılmışdı. O cümlədən bir sıra deputatlar bildiriblər ki, Prezident bu vəzifəyə hazırkı Baş nazirin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun təyin edilməsi barədə qərar qəbul edib. Lakin onun özü bu yaxınlarda bəyan edib ki, Baş nazir postunu tutmaq üçün heç bir təklif almayıb.

ZÜMRÜD

Seçilən
28
21
baki-xeber.com

10Mənbələr