AZ

Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib

Prezident Vladimir Zelenski Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko ilə görüşüb və ona baş nazir vəzifəsini təklif edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Zelenski Telegram-da bildirib.

"Mən Baş nazirin birinci müavini Yuliya Svirydenko ilə görüşdüm. Biz Ukraynada icra hakimiyyəti sisteminin transformasiyasına başlayırıq. Mən təklif etdim ki, Yuliya Svirydenko Ukrayna hökumətinə rəhbərlik etsin və onun işini əhəmiyyətli dərəcədə yeniləsin. Mən yaxın vaxtlarda yeni hökumətin fəaliyyət proqramını təqdim etməyi səbirsizliklə gözləyirəm", - deyə dövlət başçısı yazıb.

Zelenskinin sözlərinə görə, o, baş nazirin müavini ilə “Ukraynanın iqtisadi potensialını, ukraynalılara dəstək proqramlarını genişləndirəcək və öz silah istehsalımızı genişləndirəcək konkret tədbirləri” müzakirə edib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
18
21
xezernews.az

10Mənbələr