AZ

Yuliya Sviridenko Ukraynanın baş naziri olacaq? – Zelenskidən TƏKLİF

Ukrayna Prezidenti Volodimir Zelenski baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkoya Ukrayna Nazirlər Kabinetinin rəhbəri vəzifəsini təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı Telegram hesabında məlumat verib.
 

“Ukraynanın iqtisadi potensialını gücləndirə biləcək konkret tədbirləri, xalqımıza dəstək proqramlarının genişləndirilməsini və ölkə daxilində silah istehsalının miqyasının artırılmasını müzakirə etdik. Bu məqsədlə icra hakimiyyəti sistemində transformasiyaya başlayırıq.


Mən Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi və onun fəaliyyətini ciddi şəkildə yeniləməyi təklif etdim”, – deyə Zelenski bildirib.

Prezident yeni hökumətin fəaliyyət proqramının yaxın vaxtlarda təqdim olunmasını gözlədiyini vurğulayıb.

Bizim.Media

Seçilən
13
21
bizim.media

10Mənbələr