AZ

Zelenski Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenko ilə görüş keçirib.

APA xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında bildirib.

O, Ukraynanın iqtisadi potensialını gücləndirəcək, ukraynalılara dəstək proqramlarını və öz silah istehsalımızı genişləndirəcək konkret tədbirləri Yuliya Sviridenko ilə müzakirə etdiklərini vurğulayıb.

“Bu məqsədlə Ukraynada icra hakimiyyəti sisteminin transformasiyasına başlayırıq. Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi və işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif etdim. Yaxın vaxtlarda yeni hökumətin fəaliyyət proqramının təqdim olunmasını gözləyirəm”, - Zelenski qeyd edib.

Seçilən
5
2
apa.az

10Mənbələr