Ukrayna Prezidenti Volodimir Zelenski respublikanın baş naziri postunu baş nazirin birinci müavini Yuliya Sviridenkoya təklif edəcək.
Publika.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” telekanalı mənbələrə istinadla məlumat yayıb.
İddia olunur ki, Zelenski artıq hökumətin tərkibində dəyişikliklə bağlı qərar qəbul edib.
“Hökumətə baş nazirin hazırkı birinci müavini Yuliya Sviridenko rəhbərlik edəcək”, - bəyanatda deyilir.
Ukraynanın baş naziri Denis Şmıxalın tezliklə istefaya göndərilməsi ilə bağlı şayiələrin növbəti mərhələsi bir ay əvvəl ortaya çıxıb.