Avropa İttifaqı Ukraynaya davamlı dəstək göstərmək üçün növbəti yeddi illik büdcə planına 100 milyard avroluq (117 milyard dollar) fondun yaradılmasını da daxil edə bilər.
Azia.az Teleqraf-a istinadən xəbər verir ki, məlumatı Bloomberg yayıb.
Əgər təklif büdcə müzakirələrində Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənərsə, müharibədən əziyyət çəkən ölkə üçün uzunmüddətli maliyyəni təmin etmək üçün ödənişlər 2028-ci ildə başlaya bilər.