AZ

Mask yeni siyasi partiya YARATDI: "Amerika"... - FOTO

Amerikalı milyarder İlon Mask ölkədə yeni siyasi partiyanın yaradıldığını elan edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mask X hesabında paylaşım edib.

O, yeni partiyaya “Amerika” adını verib və ABŞ-də mövcud sistemin artıq demokratiya xüsusiyyətlərini itirdiyini vurğulayıb:

“Ölkəmizin israfçılıq və korrupsiya səbəbindən tənəzzülə uğradığı bir şəraitdə biz demokratiyada yox, birpartiyalı sistemdə yaşayırıq”.

Onun sözlərinə görə, yeni partiyanın əsas məqsədi amerikalılara azadlıqlarını qaytarmaqdır.

Qeyd edək ki, daha əvvəl milyarder ABŞ-ın Müstəqillik Günündə ölkədə yeni siyasi partiyanın yaradılması ilə bağlı X-də sorğu keçirib. Sorğunun başladığı ilk saat ərzində 81 mindən çox istifadəçi iştirak edib və onların 64,8%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.

Xatırladaq ki, daha əvvəl də Mask ABŞ-da yeni siyasi partiyanın yaradılmasına çağırmışdı. O bildirmişdi ki, müasir amerikalılar “tək partiyalı dövlətdə” yaşayırlar və xalqın rifahını həqiqətən düşünən yeni bir platformaya ehtiyac var.



Bizim.Media

Seçilən
20
19
bizim.media

10Mənbələr