AZ

Emin Ağalarov Rusiyadakı konsertini 365 gün niyə təxirə salıb?

Xəbər verdiyimiz kimi, Xalq artisti Emin Ağalarov Kalininqrad vilayətinin Svetloqorsk şəhərindəki konsertinin bir il müddətinə təxirə salıb.

Publika.az xəbər verir ki, ifaçının özü Qazeta.ru-ya bildirib ki, konsert iş qrafikində dəyişiklik səbəbindən ləğv edilib.

"İyulun 6-da Svetloqorskun “Yantar Hall” zalında keçirilməsi planlaşdırılan konserti iş qrafikində dəyişikliklə əlaqədar təxirə salmağa məcburuq. Bu məkan regionda ən populyardır, ona görə də yaxın tarixləri razılaşdıra bilmədik", - o deyib.

Ağalarov əlavə ediv ki, həqiqətən də Svetloqorska getmək istəyir və konsert mütləq baş tutacaq, amma bir ildən sonra.

Seçilən
62
46
publika.az

10Mənbələr