AZ

İsrail dayanmır! Yenidən qonşusunu vurdu, şiddətli partlayışlar yaşanır

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətinin Hula qəsəbəsində Hizbullah tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyi iddia edilən binanı hədəfə alıbTurkustan.az xəbər verir ki, hücumun təfərrüatları İsrail ordusunun X (keçmiş Twitter) hesabından verilən açıqlamada bildirilib. Açıqlamada binanın Hizbullah tərəfindən müxtəlif hərbi məqsədlərlə, o cümlədən İsrail qüvvələrinə dair kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edildiyi iddia edilərək: "Bu terror fəaliyyətləri İsrail və Livan arasındakı razılaşmaların açıq şəkildə pozulmasıdır" ifadəsi işlədilib.

Bombalama görüntülərinin də yer aldığı İsrail ordusunun postunda bombalanan binanın keçən həftə eyni bölgədə öldürülən Hizbullah üzvü Əhməd Qazi Əlinin iqamətgahı olduğu da bildirilib.Əhməd Qazi Əlinin bölgədə Hizbullahın hərbi infrastrukturunun yenidən qurulması üçün səylər apararkən zərərsizləşdirildiyi iddia edilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
50
icma.az

10Mənbələr