AZ

Tramp anons etdi -iyunda Əliyevlə Paşinyan son saziş imzalaya bilər...



Abutalıb Səmədov: “Yeni prosesə, sülh sazişinin imzalanması üçün atılacaq addımlara işarə edib”

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iyun ayında Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm irəliləyişlərin olacağına inandığına bildirib.

Ekspertlər iyun ayında keçirilməsi gözlənilən görüşləri Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi mərhələnin başlanğıcı kimi dəyərləndirirlər.

Tramp hansı irəliləyişdən danışır? Nə irəliləyiş ola bilər? Ola bilərmi ki, Ermənistandakı seçkidən sonra Amerikada Azərbaycan, Ermənistan və ABŞ üçtərəfli yeni bir zirvə görüşü olsun və o zirvədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi nəhayət ki, imzalansın? Yəni yekun sülh sazişi imzalanmış olsun. Belə bir perspektiv gözlənilirmi? Ola bilərmi ki, Tramp buna işarə etsin?

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Prezident Tramp iyunda sülh prosesində mühüm irəliləyişin olacağını qeyd edərkən Ermənistandakı parlament seçkilərini nəzərdə tutur. “Yəni növbəti mərhələnin başlanacağına işarə edir. Bəllidir ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri son illər Ermənistanda olan ən gərgin seçim olacaq. Keçirilən rəy sorğuları göstərir ki, bu seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın qalib gəlmək şansı çox yüksəkdir. Baxmayaraq ki, Rusiya bütün gücünü səfərbər edib və ruspərəst partiyalarını seçkilərdə uğurlu nəticə qazanması üçün əlindən gələni etdi. Eyni zamanda Paşinyana, Ermənistan hökumətinə, bütövlükdə Ermənistan əhalisinə çox ciddi təzyiqlər göstərildi. Demək olar ki, bütün Kreml komandası bu prosesə cəlb olundu və hər biri Ermənistanı gözləyən təhlükələrdən danışdılar. Təkcə danışmadılar. Eyni zamanda Ermənistana qarşı Rusiya müəyyən mənada sanksiyalar tətbiq etdi. Kənd təsərrüfatı məhsullarına, Ermənistanın satdığı balığa, Ermənistan konyakına və digər alkoqollu içkilərə və s. məhsullara qadağa qoyuldu. Eyni zamanda qazın qiymətinin qalxacağı deyildi və s. Ancaq hələlik görünən budur ki, bu təzyiqlər Rusiyanın istədiyi istiqamətdə təsir göstərmədi. İyun ayında sülh sazişi ola bilərmi? Təbii ki, sülh sazişi olmayacaq, ancaq proses başlayacaq”.

A.Səmədovun sözlərinə görə, əvvəlcədən də nəzərdə tutulduğu kimi yeni konstitusiya referenduma çıxarılacaq, qəbul olunacağı halda ilin sonunda tamamilə mümkündür ki, Amerika Birləşmiş Ştatlarında sülh sazişi imzalanacaq. A.Səmədovun fikrincə, Tramp çox istəyərdi ki, bu sazişin imzalanması Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl olsun və o, təbliğatında bu məsələdən yararlana bilsin. “Ancaq bütün hallarda iyun ayında sülh sazişinin imzalanması qeyri-mümkündür. Əgər belə bir addım atmaq mümkün olsa idi, onda bunu seçkidən əvvəl də, elə 2025-ci il avqustun 8-də də etmək olardı. Ancaq Azərbaycanın mövqeyi qətidir. Konstutsiyanın preambulasından Azərbaycana qarşı olan ərazi iddiaları çıxarılmalıdır. Bunun üçün də referenduma ehtiyac var. Öz məktubunda Tramp iyun ayında başlanacaq və bizim hamımızın çox arzuladığımız yeni prosesə, sülh sazişinin imzalanması üçün atılacaq addımlara işarə edib”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA

.

Seçilən
18
50
baki-xeber.com

10Mənbələr