"Biz Ermənistanın suverenliyinə müharibə elan edən və daim Ermənistanın daxili işlərinə müdaxilə edən Rusiya deputatlarının, media nümayəndələrinin və ekspertlərin fikirlərini eşidirik".
Qaziler.az-ın yerli mətbuata istinadən məlumatına görə, "Vətəndaş müqaviləsi" Partiyasından parlamentə namizəd olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu 2 iyunda Ermənistanın İctimai Televiziyasında keçirilən seçkiqabağı debat zamanı bildirib.
"Biz hər gün və hər yerdə hibrid təhdidlərlə üzləşirik, o cümlədən çoxlu sayda dezinformasiya və ictimai rəyin manipulyasiyası ilə qarşılaşırıq. Bunların bir hissəsi Ermənistan daxilində siyasi və ekspert icması tərəfindən yaradılır, digərləri isə xaricdən, o cümlədən əhəmiyyətli bir hissəsi Rusiyadan gəlir", - Mirzoyan qeyd edib.
O əlavə edib ki, bütün bu məsələlər konstruktiv, əməkdaşlıq və tərəfdaşlıq mühitində həll olunmalıdır.
QAZİLER.AZ