Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Biz Ermənistanın suverenliyinə müharibə elan edən və daim ölkənin daxili işlərinə müdaxilə edən Rusiya deputatlarını, müxtəlif media nümayəndələrini və ekspertləri görürük"
"Unikal" xəbər verir ki, bunu seçkiqabağı debatlarda Vətəndaş Müqaviləsi Partiyasından parlamentə namizəd və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz hər gün və hər yerdə hibrid təhdidlərlə üzləşirik, o cümlədən çoxlu sayda dezinformasiya və ictimai rəyin manipulyasiyası ilə qarşılaşırıq, bunların bir hissəsi Ermənistan daxilində siyasi və ekspert icması tərəfindən, bir hissəsi isə xaricdən, o cümlədən əhəmiyyətli bir hissəsi Rusiyadan gəlir. Bütün bu məsələlər konstruktiv, əməkdaşlıq və tərəfdaş mühitində həll olunmalıdır. Ermənistan və Rusiya normal, tərəfdaş münasibətlər gözləyə bilərlər", - deyə Mirzoyan bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.