AZ

Rusiya dronu NATO ölkəsində 12 mərtəbəli binaya çırpıldı – yaralılar var...



Rusiyanın Ukraynaya hücum cəhdi ilə başlayan müharibə davam edərkən, regional təhlükəsizlik narahatlıqlarını artıracaq daha bir hadisə baş verib.

Rusiya pilotsuz təyyarəsinin Qalati şəhərində 12 mərtəbəli bir yaşayış binasına çırpıldığını açıqlayıb.

Güclü partlayış binanın yuxarı mərtəbələrinə böyük ziyan vurub, Bu hadisə Rusiya-Ukrayna müharibəsinin NATO sərhədlərinə yayıla biləcəyi ilə bağlı narahatlıqları daha da artırıb.

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, ehtiyat tədbiri olaraq, iki Rumıniya F-16 təyyarəsi və bir IAR-330 SOCAT helikopteri havaya qaldırılıb və ərazi sakinlərinə təcili xəbərdarlıq mesajları göndərilib.

Rumıniya Fövqəladə Hallar İdarəsinin (ISU) Qalasi şöbəsi bildirib ki, binaya dron düşməsi nəticəsində 10-cu mərtəbədə bir mənzildə yanğın baş verib. Yanan mənzildə olan iki nəfər binanı təkbaşına tərk edə bilib, digər mərtəbələrdə yaşayan təxminən 70 nəfər isə xilasetmə qrupları tərəfindən tez bir zamanda təxliyə edilib. Birinci dərəcəli yanıq xəsarətləri alan bir qadın və 14 yaşlı bir oğlan xəstəxanaya aparılıb.

Tahir TAĞIYEV

Seçilən
24
42
baki-xeber.com

10Mənbələr