Rusiya hərbi pilotsuz uçuş aparatının (PUA) Rumıniya ərazisinə düşərək fəsadlar törətməsi Buxarest və Moskva arasında beynəlxalq qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, Rumıniyanın xarici işlər naziri Oana Tsoyu Rusiya Federasiyasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfirini təcili olaraq Xarici İşlər Nazirliyinə çağırdığını bəyan edib.
Nazirin sözlərinə görə, bu qəti addımın atılmasına səbəb Rusiya dronunun Rumıniyanın Qalats şəhərindəki yaşayış binalarından birinə zərbə endirməsi olub. Baş vermiş insidentin hədsiz dərəcədə ciddi və təhlükəli olduğunu vurğulayan xanım Tsoyu bildirib ki, günün ikinci yarısında nazirliyə gələcək rusiyalı diplomata Rumıniyanın bu hadisəyə cavab olaraq diplomatik müstəvidə atacağı ən sərt və qətiyyətli tədbirlər rəsmən çatdırılacaq.
Eyni zamanda qeyd olunub ki, rəsmi Buxarest baş vermiş təhlükəli insidentlə bağlı avropalı müttəfiqlərini dərhal məlumatlandırıb və onlardan Rusiyanın bu aqressiv addımına qarşı tam həmrəylik reaksiyası alıb.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta