AZ

NATO Rus dronunun Rumıniyada yaşayış binasına düşməsinə sərt reaksiya verib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rumıniyada Rusiya pilotsuz təyyarəsinin düşməsi hadisəsi ilə bağlı NATO "Rusiyanın məsuliyyətsizliyini" pisləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Alyansın sözçüsü Allison Hartın sosial media səhifəsində bildirilib.

"Biz Rusiyanın ehtiyatsızlığını pisləyirik və NATO dronlar da daxil olmaqla bütün təhdidlərə qarşı müdafiəmizi gücləndirməyə davam edəcək", - deyə sözçü qeyd edib.

Rumıniya Xarici İşlər Nazirliyi də müvafiq bəyanat yayaraq hadisəni "Rusiya Federasiyası tərəfindən ciddi və məsuliyyətsiz eskalasiya" adlandırıb.

"Rumıniya beynəlxalq hüququn və hava məkanının bu ciddi pozulmasına cavab olaraq lazımi diplomatik tədbirlər görəcək. Rumıniya müttəfiqlərini və NATO-nun baş katibini vəziyyət barədə məlumatlandırıb və dron əleyhinə imkanların ötürülməsini sürətləndirmək üçün tədbirlər görülməsini istəyib", - deyə nazirlik vurğulayıb.

Rumıniya diplomatları əlavə ediblər ki, "Rusiya Federasiyası qanunsuz müharibə aparan təcavüzkar dövlət olaraq qalmaqdadır ki, bu da regional təhlükəsizlik və vətəndaşlarının təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olur".

"Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır. Rumıniya təcili və hərtərəfli atəşkəs üçün Rusiya Federasiyasına beynəlxalq təzyiqi artırmaq üçün son dərəcə qətiyyətlə hərəkət edəcək", - deyə bəyanatda bildirilir.

Verilən məlumata görə, 29 may gecəsi Rusiyaya məxsus pilotsuz təyyarə Rumıniyanın Qalatsi şəhərində çoxmərtəbəli binaya çırpılaraq onuncu mərtəbədəki mənzilə dəyib. Partlayış nəticəsində yanğın baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Rumıniya Müdafiə Nazirliyi pilotsuz təyyarənin Rusiyaya məxsus olduğunu təsdiqləyib. Qalatsi Regional Təcili Yardım Xidmətinin direktoru Daniela Enciunun sözlərinə görə, bir qadın birinci dərəcəli yanıq xəsarətləri alıb, 14 yaşlı oğlan isə kəskin stress reaksiyası alıb. Ümumilikdə binadan təxminən 70 nəfər təxliyə edilib və ya özləri qaça biliblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
50
icma.az

10Mənbələr