Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rumıniya Prezidenti Nicușor Dan sosial şəbəkələrdə paylaşdığı sərt bəyanatla Rusiya dronunun yaşayış binasına zərbə endirməsindən sonra ölkəsinin “adekvat tədbirlər görəcəyini” bildirib.
Bizimyol.info xəbər verir ki, "The Guardian" qəzetinin yazdığına görə, prezident cavab addımlarını müzakirə etmək üçün bu gün səhər Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
“Bu gün Qalaç şəhərində baş verənlər Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin birbaşa nəticəsidir. Moskvanın NATO sərhədlərinə yaxın ərazilərdə bu silah sistemlərindən məsuliyyətsiz və seçimsiz şəkildə istifadə etməsi, həmçinin beynəlxalq hüquqa sistemli şəkildə məhəl qoymaması bu hadisəyə səbəb olub. Bu təcavüzün günahkarı və səbəbi ilə bağlı heç bir qeyri-müəyyənlik yoxdur”, — deyə prezident bildirib.
O vurğulayıb ki, Rumıniya NATO üzvüdür və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ölkə ərazilərərini keçməsinə və vətəndaşlarına zərər vurnasına heç bir halda imkan verməyəcək.
Rumıniya hakimiyyəti eyni zamanda Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Rəsmi Buxarest hadisə barədə müttəfiqləri və NATO-nun baş katibi Mark Rutteni məlumatlandırıb.
Rumıniyanın xarici işlər naziri Oana Țoiu "X" sosial şəbəkəsində yazıb ki, Rusiyanın bu “məsuliyyətsiz davranışının” iki ölkə arasındakı diplomatik münasibətlərə hansı təsirləri olacağı və Avropa səviyyəsində növbəti sanksiya paketləri ilə bağlı addımlar rəsmi şəkildə açıqlanacaq. Nazir insidenti “son dərəcə ciddi və məsuliyyətsiz eskalasiya” adlandırıb.
Qeyd edək ki, mayın 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində Rusiya dronu çoxmərtəbəli yaşayış binasına düşüb. Pilotsuz aparat binanın 10-cu mərtəbəsində yerləşən mənzilə çırpılıb, nəticədə partlayış baş verib və ardından yanğın başlayıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Rumıniya Müdafiə Nazirliyi dronun Rusiya mənşəli olduğunu təsdiqləyib.
Qalaç Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Daniela Ençunun sözlərinə görə, bir qadın birinci dərəcəli yanıq xəsarəti alıb, 14 yaşlı yeniyetmə isə kəskin stress reaksiyası keçirib. Binadan ümumilikdə təxminən 70 nəfər təxliyə olunub və ya özləri oranı tərk ediblər.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.