AZ

“Biləsuvar” – “Ağstafa Gəncləri” matçı Əhmədova tapşırıldı – ARENA.AZ

2026/27 mövsümündə İkinci Liqada çıxış etmək üçün “Biləsuvar”la “Ağstafa Gəncləri” arasında keçiriləcək pley-off matçının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu görüş Rəşad Əhmədova tapşırılıb. Ona yan xətt hakimləri Rahil Ramazanov və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ruslan Quliyev yerinə yetirəcək. VAR-da Rauf Cabbarov, AVAR-da Zöhrab Abbasov əyləşəcəklər.

Xatırladaq ki, “Ağstafa Gəncləri” 2025/2026-cı illər mövsümündə İkinci Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasının bürünc medalçısıdır.

Bu komandalar arasındakı görüş sabah – mayın 29-da Yevlax şəhər stadionunda təşkil olunacaq. Oyuna saat 16:00-da start veriləcək.

İkinci Liqa uğrunda pley-off oyunu
29 may

“Biləsuvar” – “Ağstafa Gəncləri”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
12
3
arena.az

10Mənbələr