İtaliya A Seriyasında mübarizə aparan “Bolonya” baş məşqçisi, 48 yaşlı italyan mütəxəssis Vinçentso İtalyano ilə müqaviləyə xitam verib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaqdı. Amma klub rəhbərliyi 2025/2026-cı illər mövsümünün nəticələrini analiz etdikdən sonra İtalyano ilə yola davam etməməyə qərar verib.
Qeyd edək ki, sözügedən komanda A Seriyasında 2025/2026-cı illər mövsümünü 56 xalla 8-ci pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.
Vinçentso İtalyano 2024-cü ilin iyun ayından Bolonyanın eyniadlı komandasına rəhbərlik edirdi. Bu müddətdə italyan mütəxəssis “bərkgedənləri”i 107 oyuna çıxarıb, 47 qələbə, 29 heç-həçə, 31 məğlubiyyət yaşayıb.
İtalyanonun rəhbərliyi altında “Bolonya” 2024/2025-ci illər mövsümündə İtaliya Kubokunun qalibi olub.
İtalyano daha öncə “Fiorentina”, “Spetsiya”, “Trapani” kimi komandalara da rəhbərlik edib.
