AZ

Mario Hermoso “Roma” ilə yeni müqavilə bağladı – ARENA.AZ

A Seriyasında uğurlu mövsüm keçirmiş “Roma”nın ispan mərkəz müdafiəçisi Mario Hermoso İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu yay başa çatırdı.

Xatırladaq ki, 2024-cü ilin yayında Madrid “Atletiko”sundan azad agent kimi ayrılmış ispaniyalı mərkəz müdafiəçisi Mario Hermoso sentyabr ayında “Roma”ya keçib. O, “canavarlar”ın heyətində 48 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mario Hermoso Madrid “Real”ının yetirməsidir. Ölkəsində “Valyadolid” və “Espanyol”un da şərəfini qorumuş 29 yaşlı ispan müdafiəçi 2019-cu ildən “Roma”ya keçənədək “Atletiko”nun uğurları üçün çalışıb. Ötən mövsüm isə Hermoso Almaniya klubu “Bayer”də icarədə olub.

Müdafiənin sol cinahında da oynamağı bacaran Hermoso, vaxtilə İspaniyanın U-19 yığmasında forma geyinib. 2018-ci ildə əsas millidə debüt matçına çıxmış Mario, İspaniya yığmasında cəmi 5 matç keçirib. O, bu oyunlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
23
1
arena.az

10Mənbələr