AZ

​"Vətəndaşlarımız üçün dayanıqlı mənzillər təklif edirik" -

"Biz "Mənzil təminatı və dayanıqlılıq" adlı əsas mövzusunu rəhbər tuturuq. Beləliklə, biz bütün vətəndaşlarımız üçün dayanıqlı evlər, mənzillər təklif edirik".Bu sözləri Metbuat.az-a açıqlamasında Nigeriya Federal Mənzil və Şəhərsalma Nazirliyinin şəhərsalma planlaşdırıcısı Ehejerika Antoni deyib. "Həmçinin genişmiqyaslı layihələr, kütləvi mənzil tikintisi sahələri ilə məşğul oluruq. Həmçinin "Yenilənmiş Ümid" mənzil proqramımız var və biz infrastrukturun inkişafı ilə də məşğul oluruq. Beləliklə, biz xalqımıza geniş çeşiddə xidmətlər təklif edirik: mənzil təminatı, yollar, su, təhsil, gördüyünüz kimi. Buradakı bütün bu şəkillər bizim gördüyümüz işlərin əksidir və biz xalqımıza xidmət edirik, çünki dövlət qulluqçuları olaraq bunu etməliyik, xalqımıza xidmət etməliyik. Bizim gördüyümüz iş budur". Gülçin Aslanlı / Metbuat.az

Seçilən
11
50
metbuat.az

10Mənbələr