AZ

Pakistan rəsmisi: WUF13 aztəminatlı ailələr üçün mənzil həllərinin təqdimatı və müzakirəsinə imkan yaradır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 19 may, AZƏRTAC

Hazırda WUF13-də iştirak edir və evsiz insanlar üçün nəzərdə tutulan faizsiz mənzil maliyyələşdirilməsi təşəbbüsümüzü təqdim edirik. Bu proqram tamamilə faizsiz kredit modeli əsasında həyata keçirilir. Kredit üzrə bütün faiz xərcləri hökumət tərəfindən qarşılanır və vətəndaşlar yalnız əsas məbləği ödəyirlər. Yəni insanlar heç bir faiz yükü daşımır, bu məsuliyyəti dövlət öz üzərinə götürür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın Pəncab Mənzil və Şəhərsalma Agentliyinin direktoru Əmir Raza deyib.

O bildirib ki, təşəbbüs ipoteka subsidiyası modeli əsasında həyata keçirilir və əsas məqsəd aztəminatlı ailələrin mənzil əldə etməsinə dəstək göstərməkdir.

“WUF13 mənzil və şəhərsalma sahəsində qlobal təcrübələrin paylaşılması baxımından çox vacib platformadır. Burada müxtəlif ölkələr bir-birinin təcrübəsi, maliyyələşdirmə modelləri və uğurlu layihələri ilə tanış olur. Xüsusilə inkişaf etməkdə olan ölkələr bu təcrübələrdən faydalanaraq onları öz ölkələrində tətbiq edə bilərlər”, – deyə o əlavə edib.

Əmir Raza vurğulayıb ki, Azərbaycanın belə beynəlxalq tədbirə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan WUF13 vasitəsilə qlobal əməkdaşlığın güclənməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və dayanıqlı şəhər inkişafı sahəsində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verir”, – deyə o qeyd edib.

Müxbir - Günel Alıyeva

Videoperator - Ceyhun Mustafayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
50
azertag.az

10Mənbələr