AZ

Səfir: Mənzil insanların ləyaqətli və təhlükəsiz yaşamağın nə demək olduğunu başa düşmələri üçün başlanğıc nöqtəsidir

Bakı, 19 may, AZƏRTAC

Mənzil insanların ləyaqətli və təhlükəsiz yaşamağın nə demək olduğunu başa düşmələri üçün başlanğıc nöqtəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramında Ərəb ölkələrinin xoşməramlı səfiri Şahzadə Lamiyə bint Məcid Əl-Səud WUF13 çərçivəsində keçirilən "Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?" mövzusunda tədbirdə deyib.

Səfir bildirib ki, onlar tərəfindən dünyanın müxtəlif yerlərində 1,2 milyon mənzil tikilib, bu sektora 5 milyard dollardan çox sərmayə qoyulub: “Biz UN-Habitat ilə sıx əməkdaşlıq edirik. Yəməndə 5000 benefisiarı əhatə edən proqramlar hazırladıq və orada iş imkanları yaratdıq”.

"Biz valideynləri müstəqil olmağa öyrətmişik. Yəmənli qadınlar üçün evlər tikmişik. Həmçinin icmalara dəstək oluruq ki, evlər tiksinlər. Biz ailələri təlimləndiririk ki, öz pulunu qazansınlar və bu da ləyaqətin bir növüdür. Biz dövlətlərlə, hökumətlərlə işləyirik, onlara siyasətin formalaşmasında dəstək oluruq, xeyriyyə təşkilatlarının vəsaitlərini cəlb edirik", - deyə Şahzadə qeyd edib.

Müxbir – Samirə Quliyeva
Fotoqraf - Səfiyar Məcnun
Seçilən
12
50
azertag.az

10Mənbələr