AZ

Koalisiya sədri: Mənzil probleminin həlli üçün qurumlar birgə tədbirlər həyata keçirməlidir

Bizim mənzil sahəsində yanaşmamız dəyişməlidir. Problemin miqyası böyükdür və bu prosesdə hamı yaxından iştirak etməlidir.

APA xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində “Sıfırdan qurmaq: müqavimətdən alternativlərə” mövzusunda keçirilən paneldə Mənzil Hüquqları üzrə Asiya Koalisiyasının sədri Somsook Boonyabança deyib.

O bildirib ki, insanlar arasında mənzil təminatı ilə bağlı sorğular keçirilir və təhlillər aparılır:

“Biz aşağıdan yuxarıya doğru planlama aparırıq. Mənzil sahəsində olan problemləri həll etmək üçün yeganə yol budur. Çalışmalıyıq ki, alternativlər yaradaq. Unutmamalıyıq ki, bu sahədə işi daha da aktivləşdirməliyik”.

Koalisiya sədri eyni zamanda vurğulayıb ki, mənzil probleminin həlli üçün şəhərsalma və digər qurumlar birgə tədbirlər həyata keçirməlidir.

Seçilən
13
50
apa.az

10Mənbələr