12 may 2025-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ("Sizin Lombard" brendi) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2041020283 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 15.05.2026-cı il tarixində yekunlaşmışdır.
Marja xəbər verir ki, 3 milyon manatlıq istiqrazlara 53 investor 53 sifariş təqdim edib və həcm 100% yerləşdirilib. İstiqrazıar üzrə kupon faizi 15%-dor.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2041020283
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 30 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 3 000 000 manat
Kupon faizi: 15%
Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti*: 100 manat
Reallaşdırılmış həcm: 3, 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 3 000 000 manat
İnvestor sayı: 53
Sifariş sayı: 53
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC