ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
AZ2003004580 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003004580
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 50 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 11%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 2 il
Minimal qiymət: 100 (11.0000%) manat
Maksimal qiymət: 100 (11.0000%) manat
Kəsmə qiymət: 100 (11.0000%) manat
Ortaçəkili qiymət: 100 (11.0000%) manat
Reallaşdırılmış həcm: 5 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5 000 000 manat
İnvestor sayı: 277
Sifariş sayı: 329
Anderrayter: ABB-İnvest İnvestisiya Şirkəti” QSC
XXX
Həmçinin 3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitmişdir.
AZ2004004589 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004004589
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 50 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 10%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 1 il
Minimal qiymət: 100 (10.0000%) manat
Maksimal qiymət: 100 (10.0000%) manat
Kəsmə qiymət: 100 (10.0000%) manat
Ortaçəkili qiymət: 100 (10.0000%) manat
Reallaşdırılmış həcm: 5 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5 000 000 manat
İnvestor sayı: 226
Sifariş sayı: 258
Anderrayter:
ABB-İnvest İnvestisiya Şirkəti” QSC
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.