AZ

Bankın 5 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş

3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitmişdir.

AZ2003004580 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2003004580

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  50 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  5 000 000 manat

İllik gəlirlilik faizi:  11%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  2 il

Minimal qiymət:  100 (11.0000%) manat 

Maksimal qiymət:  100 (11.0000%) manat

Kəsmə qiymət:  100 (11.0000%) manat

Ortaçəkili qiymət:  100 (11.0000%) manat

Reallaşdırılmış həcm:  5 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  5 000 000 manat

İnvestor sayı:  277

Sifariş sayı:  329

Anderrayter: ABB-İnvest İnvestisiya Şirkəti” QSC

XXX

Həmçinin 3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitmişdir.

AZ2004004589 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004004589

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  50 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  5 000 000 manat

İllik gəlirlilik faizi:  10%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  1 il

Minimal qiymət: 100 (10.0000%) manat 

Maksimal qiymət:  100 (10.0000%) manat

Kəsmə qiymət:  100 (10.0000%) manat

Ortaçəkili qiymət:  100 (10.0000%) manat

Reallaşdırılmış həcm: 5 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5 000 000 manat

İnvestor sayı:  226

Sifariş sayı: 258

Anderrayter: 

ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Seçilən
49
3
marja.az

4Mənbələr