AZ

İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2044021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.03.2026-cı il tarixində yekunlaşmışdır.

İstiqrazlara 50 investor 50 sifariş təqdim edib və həcm tam məbləğdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2044021023

İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 18%

Minimal qiymət: 100 (18.0000%) manat

Maksimal qiymət: 100 (18.0000%) manat

Kəsmə qiyməti: 100 (18.0000%) manat

Ortaçəkili qiyməti: 100 (18.0000%) manat

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

İnvestor sayı: 50

Sifariş sayı: 50

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 3 il

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
267
6
marja.az

10Mənbələr