İtaliyalı mütəxəssis Karlo Ançelotti, Braziliya millisinin baş məşqçisi Braziliya Futbol Konfederasiyası ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. Ançelottinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi.
Xatırladaq ki, Karlo Ançelotti 2025-ci ilin yayından Braziliya millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 10 oyuna çıxarıb, 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət görüb.
Qeyd edək ki, bu, Ançelottinin ilk yığma komanda sınağıdır. O, indiyə qədər yalnız klub komandalarını çalışdırmışdı. 66 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən “Real”, “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” kimi klublar keçiblər.
