Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün ən yaxşı məşqçisi adına namizədlərin siyahısı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
2025/2026-cı illər mövsümünün ən yaxşı məşqçisi adına 6 iddiaçı var. Onların siyahısını təqdim edirik:
- Keyt Endryus (“Brentford”)
- Mikel Arteta (“Arsenal”)
- Maykl Karrik (“Mançester Yunayted”)
- Xosep Qvardiola (“Mançester Siti”)
- Andoni İraola (“Bornmut”)
- Rejis Le Bri (“Sanderlend”).
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün başa çatmasına cəmi 2 tur qalıb. Hazırda “Arsenal” 79 xalla vahid liderdir. “Mançester Siti” 77 xalla ikinci, “Mançester Yunayted” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul”la “Aston Villa”nın 59, “Bornmut”un 55, “Brayton”un 53, “Brentford”un 51, “Çelsi” və “Everton”un 49 xalı var.
⇧
