AZ

Sabirabadda yol qəzasında bir nəfər ölüb, 8 nəfər xəsarət alıb - Yenilənib 

Mayın 12-də 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub...

TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
14
2
poliqon.info

10Mənbələr