AZ

Sabirabadda yol qəzasında bir nəfər ölüb, 8 nəfər xəsarət alıb- YENİLƏNİB-1

Mayın 12-də 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

08.58

Sabirabadda baş vermiş qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.

APA xəbər verir ki, digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

***

07:43

Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda Sabirabadda Sabirabadda Sabirabadda Sabirabadda
Seçilən
11
4
apa.az

10Mənbələr