Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ekologiya.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub.
Qəzada “VAZ”ın sürücüsü, 1978-ci il təvəllüdlü Qaragüney sakini İbrahim Səxavət oğlu Qurbanov hadisə yerində ölüb.
Digər avtomobillərdə olan sərnişinlər - 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.