AZ

Sabirabadda zəncirvari qəza olub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
11
2
poliqon.info

10Mənbələr