Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Moderator.az xəbər verir ki, bu barədə sözügedən Avropa ölkəsinin Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yayılan sənədlərdə məlumat verilib.
Məlumata görə, siyahıya 8 şirkət və 10 fiziki şəxs daxil edilib. Xüsusilə, "Alabuga Start" proqramının bir neçə işçisinə, eləcə də Rusiya, Belarus və Fransanın şirkət və vətəndaşlarına məhdudiyyətlər qoyulub.