Böyük Britaniya Rusiyadan olan 18 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar 2022-ci ilin fevralından Ukraynada başlayan müharibədən sonra genişləndirilən sanksiya rejiminin tərkib hissəsidir.
Qeyd edək ki, Britaniya 2022-ci ildən bu yana bir sıra sanksiya paketləri çərçivəsində Rusiya bank və biznes strukturlarının aktivlərini dondurub, neft və kömür idxalına məhdudiyyətlər qoyub, eləcə də aviasiya və hərbi təyinatlı texnologiyaların ixracını qadağan edib.