AZ

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək, Kamerun, Çin və Taylanddan olanlar da daxil olmaqla 10 şəxs və səkkiz şirkəti qara siyahıya salıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə bildirilib.

Bundan əlavə, daha 17 şirkət və şəxsə sanksiya tətbiq edilib. Xüsusilə, məhdudiyyətlər Rusiyanın "Eltech Component" və "SNK Trade" şirkətlərinə, eləcə də Çində qeydiyyatdan keçmiş "M9 Logistics Ltd" və "M9 Logistics Co" şirkətlərinə, Taylandın "Sea 2 Sky" və "Canopus Trading Group", "Tanaq" şirkətlərinə və Kamerunun "Enangue Holding" şirkətinə aiddir.

Qara siyahıya salınan şəxslər arasında Elmir Saifullin, Çulpan İslamova, Savsan Yusupova, Sergey Kaşçenko, Mixail Volovik, Yeqor Nikitin, Anastasiya Barışeva, Konstantin Trifonov, Pavel Nikitin və Fransa və Kamerun vətəndaşı Mişel Qay Ateba var. 

Bildirilir ki, sanksiya siyahısındakı şirkətlərin hesabları Britaniya banklarında aşkar edilərsə, onlar dondurulacaq və həmin şəxslərin ölkəyə girişi qadağan ediləcək.

Seçilən
29
17
ucnoqta.az

10Mənbələr