AZ

İrəvanda Türkiyə bayrağına od vuruldu

İrəvanda Respublika meydanında, saxta “erməni soyqırımı”na həsr olunan yürüş keçirilib.

NOCOMMENT.az erməni mediasına istinadən bildirir ki, qondarma günlə bağlı keçirilən aksiyada etiraz olaraq Türkiyə Respublikasının bayrağı yandırılıb.

Daha sonra Respublika meydanından Tsitskernakaberd Memorial Kompleksinə gedən məşəl yürüşü başlayıb.

Hər il keçirilən Məşəl Yürüşünü Ermənistan İnqilabi Federasiyası (ARF) Daşnaksütyun təşkil edir.
Yürüşdə daşnaklar, “Ermənistan” blokunun üzvləri və digər siyasi qüvvələrin nümayəndələri də iştirak edir.

Rəsmi İrəvanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etməsi, Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyi, həmçinin Türkiyədən sərhəd qapılarını açmaq istəkləri müqabilində qardaş dövlətin bayrağının yandırılması vandalizm aktı olmaqla yanaşı, İrəvanın ikibaşlı siyasətinin növbəti əlaməti sayıla bilər. Bir neçə il öncə İrəvanda, elə baş nazir Nikol Paşinyanın iştirak etdiyi idman tədbirində Azərbaycan və Türkiyə bayraqlarına od vurulmuşdu. Daşnakların vandallığı qarşılığında Ermənistan hakimiyyətinin hər hansı tədbir görməməsi suallar doğurur.//Musavat.com

Seçilən
0
1
nocomment.az

10Mənbələr