AZ

Aydın Mirzəzadə: “Ermənistan çalışırdı ki, Türkiyə və Azərbaycan fərqli fəaliyyət göstərsinlər”

Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyə ilə münasibətlərin irəliləməməsində, quru sərhədlərin bağlı qalmasında Azərbaycanı təqsirləndirir. Simonyan bildirib ki, Azərbaycan, Türkiyəni Ermənistanla danışıqlar aparmağa imkan vermir və Türkiyə münasibətlərin girovuna çevrilib.

 

Səsləndirilən iddialarla bağlı Pravda.az-a açıqlama verən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadənin sözlərinə görə, erməni siyasətçilərinin öz uğursuzluqlarında digərlərini günahlandırmaları ilk dəfə deyil. O bildirib ki, Ermənistan unudur ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər, qardaşdırlar “Bizim ümumi problemlərimiz, ümumi uğurlarımız var. Ermənistan həmişə çalışırdı ki, Türkiyə və Azərbaycan fərqli fəaliyyət göstərsinlər və bununla da torpaqları işğalda saxlasınlar. Türkiyə dəfələrlə elan edib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırandan sonra Türkiyə ilə hər hansısa bir problem qalmayacaq. Türkiyə ilə münasibətlər istəyirlərsə, Azərbaycanla münasibətləri beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə, suverenliyə hörmət prinsipi ilə addım-addım yaxşılaşdırsınlar. Artıq sülh müqaviləsi paraflanıb, Azərbaycanın gözləntisi ancaq Ermənistan Konstitusiyasında torpaqlarımıza iddia ilə bağlı müddəanın çıxarılmasıdır. Bu edildikdən sonra isə münasibətlərimiz artıq normaya düşəcək. Ermənistan bilməlidir ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər və bizim aramızda problem yarada bilməyəcəklər”.

 

Şəhanə Quliyeva

Tarix: 22 Aprel 2026, 13:12   
Seçilən
51
50
pravda.az

10Mənbələr