AZ

Qəzzada ölənlərin sayı 72 568 nəfərə çatıb

Qəzza zolağında İsrail ordusunun hücumları nəticəsində ölənlərin sayı 72 568 nəfərə çatıb.

Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində Qəzzada altı ölü və 18 yaralı xəstəxanalara çatdırılıb.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin soyqırım hücumları nəticəsində 786 nəfər həlak olub, 2235 nəfər yaralanıb və dağıntılar altından 972 cəsəd çıxarılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına qarşı soyqırım hücumları nəticəsində ölənlərin ümumi sayı 72.568 nəfərə çatıb, 172.338 nəfər isə yaralanıb.Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
12
1
missiya.az

10Mənbələr