AZ

Deputatdan Azərbaycan–Belçika parlament əlaqələrinin dayandırılması təklif

Bakı. Trend:

Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqiəsaslara, nə də regiondakı real vəziyyətə söykənmir. Bu sənədlərsiyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququnprinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasiaqressiyanın növbəti təzahürüdür.

Trend xəbərverir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat ElçinMirzəbəyli parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, qətnamələrdə “suverenlik” və “ərazibütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guyaErmənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassıziddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasınınmahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktlarınməqsədyönlü şəkildə təhrif olunmasıdır:

“Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbirisklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir.Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildəAzərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bufaktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli,burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinəmaneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakımüşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzəverir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstüntutulmasının göstəricisidir”.

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında əldəolunmuş mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsininmətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadınolmaması, Vaşinqton prosesinin nəticələrinin görməzdən gəlinməsiisə sistemli qərəzin göstəricisidir.

“Bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi,parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunmasıonun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfəvermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşistqüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqlarıyaratmaqdır.
Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərininAzərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir.Avropa Şurası Parlament Assambleyasında Belçikalı parlamentarilərində ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının önsıralarında yer alması, Belçika parlamentində Azərbaycanla dostluqqrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu,ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan birprosesdir.
Amma əgər qarşı tərəf dialoqu dağıdırsa, əməkdaşlıq mexanizmlərinisıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyubsaxlamalıyıq?

Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarıolmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasitəzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsiqəbuledilməzdir.

Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçikaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətidayandırılsın.
Bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşıtərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteridaşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakterdaşıyır və heç bir real məna kəsb etmir”, - deyə o fikriniyekunlaşdırıb.

Məqalədə:
Seçilən
17
50
az.trend.az

10Mənbələr