AZ

Deputat "Telegram" istifadəçilərinə xəbərdarlıq etdi: Heç bir köməklik edilməyəcək!

Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Qorelkin xarici platformalar, xüsusilə "Telegram"la bağlı ciddi ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, deputat bu platformaların fırıldaqçılıqla mübarizədə Rusiya ilə əməkdaşlıq etmədiyini bildirib.

Qorelkinin sözlərinə görə, istifadəçilər cinayətkarlar tərəfindən aldadıldıqda, sözügedən servislərlə heç bir effektiv əlaqə qurmaq mümkün olmur. Bu isə həm cinayətkarların tapılmasını, həm də fırıldaqçı hesabların operativ şəkildə bloklanmasını çətinləşdirir: ""Telegram" və digər xarici platformalar fırıldaqçılığa qarşı mübarizədə bizimlə əməkdaşlıq etmir. Məsələn, bir istifadəçi aldadıldıqda, həmin fırıldaqçını tutmaq və ya hesabını dərhal bağlamaq üçün heç bir yardım göstərilmir".

Qeyd edək ki, bu bəyanat fonunda "Telegram"ın işində genişmiqyaslı texniki problemlər müşahidə olunub. Aprelin 20-si Rusiyanın müxtəlif regionlarından olan istifadəçilər mesajların göndərilməsində və tətbiqə girişdə ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər.

Seçilən
11
50
publika.az

10Mənbələr