AZ

“Bu forum qlobal səviyyədə mühüm siyasi platformadır” DEPUTAT DANIŞDI

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Antalya Diplomatiya Forum Türkiyənin təşəbbüsü ilə Antaliyada keçirilən və qlobal səviyyədə siyasi liderləri, diplomatları, ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Forumun əsas məqsədi, beynəlxalq təhlükəsizlik, regional münaqişələr, diplomatiyanın rolu, qlobal əməkdaşlıq kimi məsələlərin müzakirə olunmasıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, 5-ci Foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 vitse-rəhbər, 50-dən artıq nazir 75 beynəlxalq təşkilat nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksək səviyyəli iştirakçının bir araya gəlməsi forumun qlobal əhəmiyyətini açıq şəkildə nümayiş etdirir:

”5-ci Antalya Diplomatiya Forumu da beynəlxalq münasibətlər sistemində ciddi transformasiyaların baş verdiyi bir dövrdə keçirildi. elə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun və diplomatik fəallığının bariz göstəricisidir.

Əvvəla qeyd etmək lazımdır ki, bu forum artıq qlobal səviyyədə mühüm siyasi platformaya çevrilib. Dünyanın müxtəlif regionlarından dövlət və hökumət başçıları, siyasətçilər, ekspertlər burada bir araya gələrək ən aktual məsələləri müzakirə edirlər. Belə bir mühitdə Azərbaycanın mövqeyinin birbaşa dövlət başçısı tərəfindən təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın aktiv və çoxşaxəli xarici siyasət kursunun davam etdiyini göstərir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş strateji müttəfiqliyimizin sarsılmaz olduğunu bir daha təsdiqlədi. Bu münasibətlər təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyin və inkişafın əsas sütunlarından biridir.

Eyni zamanda digər ölkələrin liderləri ilə keçirilən görüşlər Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirdiyini nümayiş etdirir. Bu, ölkəmizin yalnız regional deyil, daha geniş miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.

Forum zamanı verilən əsas mesajlara gəldikdə isə, burada bir neçə mühüm istiqamət ön plana çıxır. Birincisi, Azərbaycan post-münaqişə dövründə regionda sülh və əməkdaşlıq gündəliyini irəli aparan əsas təşəbbüskarlardan biri kimi çıxış edir. İkincisi, ölkəmizin nəqliyyat və logistika imkanları – xüsusilə Orta Dəhliz layihəsi – Avrasiya məkanında strateji əhəmiyyət daşıyan faktor kimi təqdim olunur. Üçüncüsü, Türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumundakı iştirakı formal xarakter daşımırdı. Bu iştirak konkret siyasi mesajların verilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi.

Bu gün Azərbaycan öz prinsipial mövqeyi, müstəqil siyasəti və artan iqtisadi-siyasi gücü ilə qlobal müzakirə platformalarında söz sahibi olan ölkələr sırasındadır. Antalya Forumu isə bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
sia.az

10Mənbələr