Küveytin hava hücumundan müdafiə sistemləri ötən gün ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin sözçüsü Səud əl-Atvan qeyd edib ki, İranın əl-Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq anbarını hədəf alması nəticəsində baş verən yanğın söndürülüb. Bundan başqa, səmada zərərsizləşdirilmiş raketin qəlpələri yaşayış binasına düşüb.
Xəsarət alanlar olmayıb.