Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Küveytin hava hücumundan müdafiə sistemləri ötən gün ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin sözçüsü Səud əl-Atvan qeyd edib ki, İranın əl-Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq anbarını hədəf alması nəticəsində baş verən yanğın söndürülüb. Bundan başqa, səmada zərərsizləşdirilmiş raketin qəlpələri yaşayış binasına düşüb.
Xəsarət alanlar olmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.