AZ

Küveyt səmasında gərginlik: 3 raket və 17 PUA zərərsizləşdirilib

Qahirə, 1 aprel, AZƏRTAC

Küveytin hava hücumundan müdafiə sistemləri ötən gün ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu məlumat Küveyt Müdafiə Nazirliyinin bəyanatında əks olunub. Müdafiə Nazirliyinin sözçüsü Səud əl-Atvan bildirib ki, İranın əl-Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq anbarını hədəf alması nəticəsində baş verən yanğın söndürülüb. Bundan başqa, səmada zərərsizləşdirilmiş raketin qəlpələri yaşayış binasına düşüb. Xəsarət alanlar olmayıb.

 

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
42
9
azertag.az

10Mənbələr