AZ

Azər Bağırov: “Son matçlarda çox istəkli oynayırıq” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 24-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Azər Bağırov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, komandamızı sona qədər dəstəklədilər. İnanıram ki, futbolçular dəstəyin qarşılığını onlara meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki tərəfdən bəzi çatışmazlıqlarımız var. Amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun sarıdan başqa “Kəpəz” görəcəyik.

Son matçlarda “Kəpəz” daha istəkli oynayır. “Sumqayıt”a, “Zirə”yə qarşı oyunları buna misal göstərmək olar. Bu gün “Turan Tovuz”a qarşı da istəkli idik. Qeyri-stabil olduğumuzu deməzdim. Son 4-5 matçda stabil oyun sərgiləmişik. Meydançada əsl futbol oynayırıq. Hamı maraqlı futbol izlədi. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
5
arena.az

10Mənbələr