AZ

Kurban Berdıyev: “Kəpəz”lə matçda 2 xal itirdik” – ARENA.AZ

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kurban Berdıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Təəssüf ki, çox vacib 2 xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.

Faiq Hacıyev uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir. Roderik Miller də zədəli olduğu üçün oynamır.

İddialı rəqiblərə qalib gəldikdən sonra daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyimizi reallaşdıra bilmirik. Həm “Zirə”, həm də “Neftçi” ilə oyunlardan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
7
arena.az

10Mənbələr